Messi Çempionlar Liqasında 100-cü qolunu vurub

Messi Çempionlar Liqasında 100-cü qolunu vurub Argentinalı yalnız Ronaldudan geri qalır
Futbol
15 Mart , 2018 05:29
Messi Çempionlar Liqasında 100-cü qolunu vurub

Bakı. 15 mart. REPORT.AZ/ "Barselona"nın forvardı Lionel Messi Çempionlar Liqasının 1/8 finalının "Çelsi"yə qarşı keçirilən cavab görüşündə dubl edib.

“Report” xəbər verir ki, londonluların qapısına göndərdiyi ikinci top argentinalının turnirdə vurduğu sayca 100-cü qol olub.

O, ÇL-də Kriştianu Ronaldudan (117) sonra bu göstəriciyə imza atmış ikinci futbolçu olub.

Son xəbərlər

Orphus sistemi