Yuxarı
    Bağlamaq

    Messi "Barselona" ilə müqaviləsini artırmaq istəmir

    Argentinalı bu qərarı yayda verib

    Bakı. 14 noyabr. REPORT.AZ/ İspaniya "Barselona"sının futbolçusu Lionel Messi klubla müqaviləsini uzatmaq istəmir. 

    "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, Argentina yığmasının hücumçusu bu qərarı yayda ailəsi ilə birgə istirahət etdiyi vaxt verib.

    Hazırda Messi anlaşması bitənədək "Barsa"dan ayrılacağını istisna etmir. Klub prezidenti Xosep Mariya Bartomeu ondan sakitliyini qorumağı və öz niyyətini daha diqqətlə götür-qoy etməyi xahiş edib. Bartomeu 29 yaşlı forvarda transfer kompensasiyasının 250 milyon avro təşkil etdiyini də xatırladıb.

    Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə hazırkı müqaviləsi 2018-ci ilin yayınadək qüvvədədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi