"Barselona"da maaşlar 70 faiz azaldıldı

"Barselona"da maaşlar 70 faiz azaldıldı İspaniyanın “Barselona” klubunun futbolçuları maaşlarının 70 faizindən imtina edəcək.
Futbol
30 Mart , 2020 15:52
Barselonada maaşlar 70 faiz azaldıldı
0 : 00
0 : 00

İspaniyanın “Barselona” klubunun futbolçuları maaşlarının 70 faizindən imtina edəcək.

“Report” xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin kapitanı Lionel Messi şəxsi “İnstagram” hesabı vasitəsilə bildirib.

33 yaşlı hücumçu klub işçilərinin maaşlarını ala bilməsi üçün komanda yoldaşları ilə birlikdə onların hesablarına müəyyən məbləğin köçürüləcəyini söyləyib. O, çətin dövrdə komandaya kömək məqsədilə bu addımı atdıqlarını vurğulayıb.

Qeyd edək ki, İspaniya La Liqası martın 12-də koronavirusa görə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi