​Messi avrokuboklardakı qol sayına görə Ronaldonun rekordunu təkrarlayıb

​Messi avrokuboklardakı qol sayına görə Ronaldonun rekordunu təkrarlayıb İndi onun hesabında 103 oyuna 80 qol var
Futbol
12 Avqust , 2015 00:47
​Messi avrokuboklardakı qol sayına görə Ronaldonun rekordunu təkrarlayıb

Bakı. 12 Avqust. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun argentinalı hücumçusu Lionel Messi Avropa klub turnirlərində /Çempionlar Liqası, Avropa Liqası və UEFA Superkuboku/ vurulan qolların sayına görə rekordu təkrarlayıb.

"Report" xəbər verir ki, 27 yaşlı futbolçu İspaniyanın "Sevilya" klubu ilə keçirilən Superkubok matçının 16-cı dəqiqəsinədək dublunu rəsmiləşdirib.

İndi onun hesabında 103 oyuna 80 qol var. Hazırda "Real"ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun da hesabında eyni sayda (122 oyun) qol var.

Matç Tbilisidə keçirilir. Hazırda birinci hissədən sonra hesab 3:1 "Barselona"nın xeyrinədir.

Son xəbərlər

Orphus sistemi