Messi 2018-ci ilin yayında "Barselona"nı tərk edəcək

Messi 2018-ci ilin yayında "Barselona"nı tərk edəcək Futbolçu öz klubunun transfer siyasətindən narazıdır
Futbol
3 Sentyabr , 2017 06:13
Messi 2018-ci ilin yayında Barselonanı tərk edəcək

Bakı. 3 sentyabr. REPORT.AZ/ Futbol üzrə Argentina yığma komandasının hücumçusu Lionel Messi 2018-ci ilin yayında "Barselona" klubunu tərk etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Daily Post" bildirib.

Nəşr qeyd edib ki, futbolçu öz klubunun transfer siyasətindən narazıdır. Buna görə də "Barselona" ilə müqavilənin müddətini uzatmır.

Hazırda qüvvədə olan razılaşma 2018-ci ilin yayında başa çatacaq. Bundan sonra hücumçu Kataloniya klubunu tərk edəcək.

"R-Sport" isə "The Sun"a istinadən bildirib ki, Messi karyerasını "Mancester Citi"də davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi