​Məşqçilər Komitəsinin üzvləri "Qəbələ" və "Qarabağ"ın oyunlarını izləyəcək

​Məşqçilər Komitəsinin üzvləri "Qəbələ" və "Qarabağ"ın oyunlarını izləyəcək Komitə üzvləri görüşüb
Futbol
13 Avqust , 2015 14:07
​Məşqçilər Komitəsinin üzvləri Qəbələ və Qarabağın oyunlarını izləyəcək

Bakı. 13 avqust. REPORT.AZ/ Bu gün AFFA-nın Məşqçilər Komitəsinin üzvləri bir araya gəlib. Bu barədə "Report"a komitə sədri Vaqif Sadıqov məlumat verib.

O bildirib ki, komitə üzvləri "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının pley-off mərhələsində avqustun 20-də keçirəcəkləri oyunları izləyəcək: "Qarabağ"ın oyununu Ağasəlim Mircavadov izləyəcək. Mən isə "Qəbələ"nin oyununa yollanacam".

Bundan başqa, Vaqif Sadıqov 19 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Nazim Süleymanovla görüşdüyünü də qeyd edib. Onun sözlərinə görə, görüşdə yığmanın Malta ilə keçirdikləri 2 yoldaşlıq oyunlarının nəticələri müzakirə edilib və fikir mübadiləsi aparılıb.

V.Sadıqov komitə üzvlərinin Azərbaycan Premyer Liqasının oyunlarını izləyəcəyini də əlavə edib.

Son xəbərlər

Orphus sistemi