İngiltərə klubunun məşqçisi cinsi təcavüzə görə azadlıqdan məhrum edilib

İngiltərə klubunun məşqçisi cinsi təcavüzə görə azadlıqdan məhrum edilib İngiltərənin Sautgempton və Piterboro klublarının gənclər komandalarının sabiq baş məşqçisi Bob Hiqqins həbs olunub.
Futbol
12 İyun , 2019 20:00
İngiltərə klubunun məşqçisi cinsi təcavüzə görə azadlıqdan məhrum edilib

İngiltərənin "Sautgempton" və "Piterboro" klublarının gənclər komandalarının sabiq baş məşqçisi Bob Hiqqins həbs olunub. 

"Report" BBC-yə istinadən xəbər verir ki, o, yetkinlik yaşına çatmayan uşaqlara qarşı cinsi təcavüzə görə 24 il 6 ay azadlıqdan məhrum edilib. 

Bildirilib ki, hər iki klubun akademiyasında olan 24 yeniyetmə təcavüzə məruz qalıb. 66 yaşlı məşqçi 1971-ci ildən 1996-cı ilə qədər 45 dəfə etdiyi hərəkətlərə görə ittiham olunub. Hiqqins ötən il başqa bir ittiham üzrə məhkum edilib. 

Zərərçəkənlər məhkəmədə məşqçinin onlara etdikləri barədə danışıblar. 

Son xəbərlər

Orphus sistemi