Məşhur ingilis futbolçu otelə hücum zamanı xəsarət alıb

Məşhur ingilis futbolçu otelə hücum zamanı xəsarət alıb Pol Qaskoynın başına 11 tikiş qoyulub
Futbol
8 Yanvar , 2017 11:21
Məşhur ingilis futbolçu otelə hücum zamanı xəsarət alıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Futbol üzrə İngiltərə yığma komandasının sabiq yarımmüdafiəçisi Pol Qaskoyn London şəhərindəki otellərdən birinə hücum zamanı başından xəsarət alıb.

"Report" "Mirror" nəşrinə istinadən xəbər verir ki, otelə hücum edən şəxs futbolçunu pilləkənlərdən aşağı itələyib.

Polisin məlumatına görə, 49 yaşlı Qaskoyn hadisə zamanı sərxoş olub, lakin hazırda axtarışda olan naməlum şəxsə qarşı heç bir təhrikedici addım atmayıb.

Həkimlər futbolçuya kəllə sümüyünün zədəsi diaqnozu qoyublar və başına 11 tikiş atıblar.

Son xəbərlər

Orphus sistemi