Yuxarı
    Bağlamaq

    Məşhur futbolçu vəfat edən qardaşının oğlunu övladlığa götürüb

    Emmanuel Adebayor nümunəvi davranışı ilə diqqət çəkib

    Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyənin “Başakşehir” klubunun futbolçusu Emmanuel Adebayor vəfat edən qardaşının oğlunu övladlığa götürüb.

    “Report” xəbər verir ki, bunu 34 yaşlı toqolu hücumçu özünün şəxsi “Instagram” səhifəsində yazıb.

    “Məni və mərhum qardaşım Piter Adebayoru tanıyanların nəzərinə çatdırıram ki, fotoda gördüyünüz onun övladıdır. Bu gündən onu böyük oğlum elan edirəm. Onun adı Emmanuel Adebayor-kiçidir”, futbolçu vurğulayıb.

    Qeyd edək ki, bir neçə dəfə ailə üzvləri ilə problem yaşayan E.Adebayor karyerası ərzində Fransanın “Mets”, “Monako”, İngiltərənin “Arsenal”, “Mançester Siti”, “Tottenhem” və “Kristal Pelas”, eləcə də İspaniyanın “Real Madrid” klublarının formasını geyinib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi