Məşhur futbolçu uşaq fondlarına 750 min funt sterlinq bağışlayıb

Məşhur futbolçu uşaq fondlarına 750 min funt sterlinq bağışlayıb 32 yaşlı hücumçu 3 uşaq fondunun hər birinə 250 min funt sterlinq verib
Futbol
23 Dekabr , 2017 17:50
Məşhur futbolçu uşaq fondlarına 750 min funt sterlinq bağışlayıb

Bakı. 23 dekabr. REPORT.AZ/ İngiltərənin “Everton” klubunun futbolçusu Ueyn Runi xeyirxah addımı ilə fərqlənib.

“Report” xəbər verir ki, 32 yaşlı hücumçu 3 uşaq fondunun hər birinə 250 min funt sterlinq bağışlayıb.

Qeyd edək ki, Runi 2013 – 2016-cı illərdə İngiltərə millisinin heyətində 119 oyun keçirib və 53 qol vurub. 2004-cü ildə “Everton”dan “Mançester Yunayted”ə transfer olan forvard bu yay yetirməsi olduğu kluba qayıdıb.

Son xəbərlər

Orphus sistemi