Məşhur futbolçu karyerasını başa vurur

Məşhur futbolçu karyerasını başa vurur Futbol üzrə İspaniya millisinin heyətində dünya və Avropa çempionatının qalibi olan David Vilya karyerasını başa vurur.
Futbol
13 Noyabr , 2019 11:50
Məşhur futbolçu karyerasını başa vurur

Futbol üzrə İspaniya millisinin heyətində dünya və Avropa çempionatının qalibi olan David Vilya karyerasını başa vurur.

“Report” xəbər verir ki, hazırda Yaponiyanın “Vissel Kobe” klubunun formasını geyinən 37 yaşlı hücumçu bu barədə təşkil etdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, dekabrın 7-də ölkə çempionatının sonuncu turunda “Cubilo İvata” ilə ev oyununda sonra peşəkar karyerasını sonlandıracaq.

Qeyd edək ki, Vilya karyerası ərzində vətənində “Sportinq”, “Saraqosa”, “Valensiya”, “Barselona” və “Atletiko”, eləcə də ABŞ-ın “Nyu-York Siti” və Avstraliyanın “Melburn” komandalarında çıxış edib. O, İspaniya çempionatının, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Son xəbərlər

Orphus sistemi