Yuxarı

Məşhur futbolçu karyerasını başa vuracağı tarixi açıqlayıb

Məşhur futbolçu karyerasını başa vuracağı tarixi açıqlayıb

Bakı. 14 may. REPORT.AZ/ Argentinanın "Boka Xuniors" klubunda çıxış edən məşhur futbolçu Karlos Teves karyerasını başa vuracağı tarixi açıqlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu növbəti mövsümdən sonra futbolçu karyerasına son qoyacağını deyib. 

"Boka Xuniors" ilə müqaviləm başa çatdıqdan sonra futboldan gedəcəyəm. Karyeram ərzində bu klub üçün darıxırdım. Mən başqa komandaya getməyəcəyəm. Bu klubun forması ilə karyeramı bitirəcəyəm", - o qeyd edib. 

Qeyd edək ki, Karlos Teves İngiltərənin "Vest Hem", "Mançester Yunayted", "Mançester Siti", İtaliyanın "Yuventus" və Çinin "Şanxay Şenşua" klublarında da oynayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi