Məşhur futbolçu həbs edilib

Məşhur futbolçu həbs edilib Roberto Karlos iki övladının alimentini vermədiyi üçün 3 ay müddətinə azadlıqdan məhrum edilib
Futbol
24 Avqust , 2017 11:15
Məşhur futbolçu həbs edilib

Bakı. 24 avqust. REPORT.AZ/ Futbol üzrə Braziliya millisinin, İspaniyanın “Real” və Türkiyənin “Fənərbaxça” klublarının keçmiş müdafiəçisi Roberto Karlos iki övladının alimentini vermədiyi üçün 3 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rio-de-Janeyro Məhkəməsi qərar çıxarıb.

Məhkəmənin qərarına əsasən, 44 yaşlı Roberto Karlos keçmiş həyat yoldaşı Barbara Turlerə 20 min dollar ödəməlidir.

R.Karlos isə məhkəmədə alimentin ödənilməsinin gecikdirməsini maliyyə çətinliyi ilə əlaqələndirib.

Məlumata görə, keçmiş futbolçunun 9 uşağı var. Bu yaxınlarda xanımı Mariana Lukon qız dünyaya gətirib. 

Son xəbərlər

Orphus sistemi