Məşhur futbolçu 9 milyon dollara təyyarə alıb

Məşhur futbolçu 9 milyon dollara təyyarə alıb Hava gəmisi 12 nəfəri daşımağa və saatda 890 km sürətlə uçmağa qadirdir
Futbol
29 Aprel , 2016 13:56
Məşhur futbolçu 9 milyon dollara təyyarə alıb

Bakı. 29 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun və Braziliya milli komandasının futbolçusu Neymar 9.1 milyon dollara şəxsi təyyarə alıb. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, "Cessna" markalı təyyarənin alışı 2015-ci ildə həyata keçirilib. 

Lakin jurnalistlər bundan indi xəbər tutublar. Hava gəmisi 12 nəfəri daşımağa və saatda 890 km sürətlə uçmağa qadirdir. Bundan başqa təyyarə eniş etmədən 5000 km-dək uçuş həyata keçirə bilər. 

Martın 18-də San-Paulu şəhər məhkəməsi fırıldaqçılıq və vergilərdən yayınmaqda ittiham olunan futbolçunun xəzinəyə 45 milyon avro ödəməli olduğuna dair hökm çıxarıb. Bu, yekun qərar deyil və hücumçu apellyasiya verə bilər. 

Qeyd edək ki, Neymar "Barselona"da 2013-cü ildən çıxış edir. Bu mövsüm "sambaçı" Kataloniya komandasının heyətində 44 oyuna 29 qol vurub. 

Son xəbərlər

Orphus sistemi