Məşhur döyüşçü Fyodor Yemelyanenkonun növbəti rəqibi müəyyənləşib

Məşhur döyüşçü Fyodor Yemelyanenkonun növbəti rəqibi müəyyənləşib Rusiyalı dünya çempionu Yaponiyada hindistanlı idmançı ilə qarşılaşacaq
Futbol
18 Dekabr , 2015 09:55
Məşhur döyüşçü Fyodor Yemelyanenkonun növbəti rəqibi müəyyənləşib

Bakı. 18 dekabr. REPORT.AZ/ Qarışıq döyüş üzrə (MMA) dəfələrlə dünya çempionu Fyodor Yemelyanenkonun rəqibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, hindistanlı Caydip Sinqhdir. 

Görüş dekabrın 31-də Yaponiyada keçiriləcək. Hazırda məşqlərini davam etdirən Yemelyanenko döyüş məkanına dekabrın 25-də yollanacaq. 

Qeyd edək ki, Caydip Sinqh Hindistanda doğulsa da, 3 yaşından Yaponiyada yaşayır. O, karyerası ərzində Yaponiyada 19 döyüş keçirib. 1,98 metr boya malik 28 yaşlı idmançı 2 döyüşünü vaxtından əvvəl başa vurub. Fyodor Yemelyanenko isə son döyüşünə 2012-ci ilin iyununda çıxıb. O, ümumilikdə 40 döyüşündən 12-si nokaut olmaqla, 35 qələbə qazanıb. 

Son xəbərlər

Orphus sistemi