​Məşhur braziliyalı futbola qayıdır

​Məşhur braziliyalı futbola qayıdır "İndi mənə lazım olan artıq çəkilərimdən xilas olmaqdır"
Futbol
25 Fevral , 2015 11:26
​Məşhur braziliyalı futbola qayıdır

Bakı. 25 fevral. REPORT.AZ/ Məşhur braziliyalı futbolçu Ronaldo yenidən yaşıl meydanlara qayıdır. "Report"un məlumatına görə, bu barədə futbolçunun özü açıqlama verib.

Ötən il Braziliyada keçirilən Dünya Çempionatının təşkilatçılığında əməyi olan 38 yaşlı ulduz Şimali Amerika Futbol Liqasının II divizionunda mübarizə aparan komandanın heyətinə qoşulacaq: "Bu baş verəcək. Mən qayıdışım haqda danışmışdım, lakin bu bir az gec reallaşacaq. Biz mütləq bunu təşkil edəcəyik. Ancaq indi mənə lazım olan artıq çəkilərimdən xilas olmaqdır".

Qeyd edək ki, Ronaldo 2011-ci ildə futbolçu karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi