Merkel klubların transferlərə böyük pullar xərcləməsindən narazıdır

Merkel klubların transferlərə böyük pullar xərcləməsindən narazıdır "Mən futbolda maliyyə inkişafını tənqidi nöqteyi nəzərindən izləyirəm"
Futbol
9 Sentyabr , 2017 07:23
Merkel klubların transferlərə böyük pullar xərcləməsindən narazıdır

Bakı. 9 sentyabr. REPORT.AZ/ Almaniyanın kansleri Angela Merkel futbol üzrə transfer bazarında baş verənlərlə bağlı fikirlərini bölüşüb.

"Report" RT-ə istinadən xəbər verir ki, kansler transferlərə xərclənən pullardan narazılığını ifadə edib.

"Mən futbolda maliyyə inkişafını tənqidi nöqteyi nəzərindən izləyirəm. Klubların trasferlərə sərf etdiyi məbləğlər adi insanlar üçün əlçatmazdır. FİFA və UEFA trasfer məbləğlərinin günü-gündən necə artdığına seyrci qalmamalı, klublar arasında balansı saxlamaq üçün qaydalara yenidən baxmalıdır", — deyə "Mittelbayerische Zeitung" nəşri Merkelin sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi