Yuxarı

​Mərakeş millisi Afrika Kubokunda iştirakdan kənarlaşdırılıb

Buna ölkənin Ebola virusundan ehtiyatlanması səbəb olub

Bakı. 11 noyabr. REPORT.AZ/ Mərakəş yığma komandası ölkənin "Ebola" virusunun yayılmasından ehtiyatlanaraq qitə turnirini keçirməkdən imtina etməsi səbəbindən futbol üzrə Afrika Millətlər Kubokunda iştirakdan kənarlaşdırılıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Afrika Futbol Konfederasiyasının məlumatına görə, turnir əvvəl açıqlanan tarixlərdə (2015-ci ilin 17 yanvar– 8 fevral tarixlərində) baş tutacaq, lakin başqa ölkədə keçiriləcək.

Britaniya mətbuatı hesab edir ki, Əlcəzair, Anqola, Misir və Nigeriya turniri daha çox keçirtmək şansına malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi