Kərim Benzema: "Mən "Formula 1"əm, Jiru isə kartinqdir"

Kərim Benzema: "Mən "Formula 1"əm, Jiru isə kartinqdir" İspaniya Real Madridinin futbolçusu Kərim Benzema İngiltərənin Çelsi klubunun hücumçusu Olivye Jiru ilə müqayisə olunmasına münasibət bildirib.
Futbol
30 Mart , 2020 14:53
Kərim Benzema: Mən Formula 1əm, Jiru isə kartinqdir

İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema İngiltərənin "Çelsi" klubunun hücumçusu Olivye Jiru ilə müqayisə olunmasına münasibət bildirib.

"Report"un məlumatına görə, fransalı forvard şəxsi "Instagram" hesabında bununla bağlı suala maraqlı cavabıilə diqqət çəkib.

Özünü "Formula 1", Jirunu isə kartinqə bənzədən 33 yaşlı oyunçu bildirib ki, bu iki yarışı müqayisə etmək düzgün deyil: "Mən "Formula 1" yarışıyam. Onun isə öz karyerası var. İstədiyini edir, qollarını vurur. Jiru haqqında çox düşünmürəm. Hərə öz yolundadır".

Qeyd edək ki, Kərim Benzema 2009-cu ilin yayından "Real Madrid"də çıxış edir.

Son xəbərlər

Orphus sistemi