Meksikanın "Reboseros de la Pyedad" komandasının futbolçuları yol qəzasına düşüb

Meksikanın "Reboseros de la Pyedad" komandasının futbolçuları yol qəzasına düşüb Hadisə nəticəsində 8 futbolçu yaralanıb
Futbol
11 Oktyabr , 2017 23:20
Meksikanın Reboseros de la Pyedad komandasının futbolçuları yol qəzasına düşüb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Meksikanın "Reboseros de la Pyedad" komandasının 27 futbolçusunu daşıyan avtobus qəzaya düşüb. 

"Report"un məlumatına görə, hadisə Mexiko şəhərindən Kuernavakaya gedən yolda baş verib.

Əyləcində problem yarandığı üçün nəqliyyat vasitəsi maili yolda çevrilib. Nəticədə 8 futbolçu yaralanıb. 

Xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, "Reboseros de la Pyedad" Meksikanın aşağı divizionu matçında "Alkones Morelos"la üz-üzə gəlməli idi.

Son xəbərlər

Orphus sistemi