Meksikanın futbol millisinə yeni baş məşqçi təyin olunub

Meksikanın futbol millisinə yeni baş məşqçi təyin olunub Bakı. 7 yanvar. REPORT.AZ/ Xerardo Martino futbol üzrə Meksika milli komandasına baş məşqçi təyin olunub.
Futbol
7 Yanvar , 2019 23:43
Meksikanın futbol millisinə yeni baş məşqçi təyin olunub

Bakı. 7 yanvar. REPORT.AZ/ Xerardo Martino futbol üzrə Meksika milli komandasına baş məşqçi təyin olunub.

"Report"un məlumatına görə, argentinalı mütəxəssis bu vəzifədə Xuan Karlos Osorionu əvəzləyib.

Osorio dünya çempionatının 1/8 finalında Meksikanın Braziliyaya 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırmasından sonra istefa verib. Yeni baş məşqçi ilə müqavilə şərtləri açıqlanmır.

Xerardo Martinonun sonuncu iş yeri MLS Kubokunu qazanan "Atlanta Yunayted" olub. Əvvəllər 56 yaşlı mütəxəssis Portuqaliyanın "Libertad", Argentinanın "Nyuell Old Boyz" və İspaniyanın "Barselona" kimi klublarına, eləcə də Paraqvay və Argentina yığmalarına rəhbərlik edib. O, bir dəfə Argentina və 4 dəfə Paraqvay çempionu, həmçinin İspaniya Super Kubokunun sahibi olub.

Son xəbərlər

Orphus sistemi