Meksikada futbolçu ona qırmızı kart göstərən hakimi öldürüb

Meksikada futbolçu ona qırmızı kart göstərən hakimi öldürüb Bakı. 1 yanvar. REPORT.AZ/ Meksikanın həvəskar futbol komandalarından birinin oyunçusu hakim Xose Valdemar Ernandes Kapitilyonu ona qırmızı kart göstərək meydandan uzaqlaşdırdığına görə öldürüb.
Futbol
1 Yanvar , 2018 22:21
Meksikada futbolçu ona qırmızı kart göstərən hakimi öldürüb

Bakı. 1 yanvar. REPORT.AZ/ Meksikanın həvəskar futbol komandalarından birinin oyunçusu hakim Xose Valdemar Ernandes Kapitilyonu ona qırmızı kart göstərək meydandan uzaqlaşdırdığına görə öldürüb.

"Report"un məlumatına görə, bu barədə "The Daily Mail" xəbər verib.

Nəşrin məlumatına görə, oyunçu hakimə matç zamanı hücum edib. Bundan sonra hakim koma vəziyyətində Halap şəhərindəki xəstəxanaya çatdırılıb. O, bir həftə sonra tibb müəssisəsində ölüb.

Meksikanın Hakimlər Assosiasiyasının prezidenti Valentin Ramiresin sözlərinə görə, hazırda hadisənin tərəffüatları araşdırılır. Hakimə ölümcül zərbə yetirmiş idmançı həbs edilib.

Son xəbərlər

Orphus sistemi