Meksika yığmasının sabiq futbolçusu karyerasını "Səbail"də davam etdirə bilər

Meksika yığmasının sabiq futbolçusu karyerasını "Səbail"də davam etdirə bilər Bakı. 6 avqust. REPORT.AZ/ Meksika yığmasının sabiq futbolçusu Edqar Paçeko Səbail klubunda baxışdadır.
Futbol
6 Avqust , 2018 17:09
Meksika yığmasının sabiq futbolçusu karyerasını Səbaildə davam etdirə bilər

Bakı. 6 avqust. REPORT.AZ/ Meksika yığmasının sabiq futbolçusu Edqar Paçeko "Səbail" klubunda baxışdadır. 

Klubun mətbuat katibi Törə Əhmədovanın "Report"a verdiyi məlumata görə, 28 yaşlı yarımmüdafiəçi məşqçilər korpusunu qane edəcəyi təqdirdə, onunla müqavilə imzalanacaq. 

Qeyd edək ki, Edqar Paçeko son olaraq Kiprin "Ermis" komandasında çıxış edib. O, 2011-ci ildə Meksika çempionatının, 2014-cü ildə isə ölkə kubokunun qalibi olub. Paçeko həmçinin Meksika yığmasının da formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi