Meksika yoldaşlıq oyununda İrlandiyanı məğlub edib - VİDEO

Meksika yoldaşlıq oyununda İrlandiyanı məğlub edib - VİDEO Matç 3-1 hesabı ilə başa çatıb
Futbol
2 İyun , 2017 07:57
Meksika yoldaşlıq oyununda İrlandiyanı məğlub edib - VİDEO
Youtube

Bakı. 2 iyun. REPORT.AZ/ Futbol üzrə Meksika yığması yoldaşlıq oyununda İrlandiyanı 3:1 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, matçda hesabı 16-cı dəqiqədə Xesus Korona açıb.

Ardınca Raul Ximenes 25-ci dəqiqədə Meksikanın üstünlüyünü iki topa çatdırıb. Karlos Vela isə 54-cü dəqiqədə hesabı 3:0 edib. İrlandiyanın təsəlli qolunu 76-cı dəqiqədə Stiven Qlison vurub.

Meksika növbəti oyununu Dünya çempionatı-2018-in seçmə mərhələsi çərçivəsində Hondurasa qarşı keçirəcək. Meksikalılar iyunun 18-dən Konfederasiyalar Kubokunda mübarizəyə qoşulur. Komanda ilk olaraq Portuqaliya ilə qarşılaşacaq. Qrupda Rusiya və Yeni Zelandiyada var.

Son xəbərlər

Orphus sistemi