Yuxarı

​Meksika Yamaykaya qalib gələrək Amerika Kubokunun 1/4 finalına çıxıb – VİDEO

Görüş 2:0 hesabı ilə meksikalıların xeyrinə başa çatıb

Bakı. 10 iyun. REPORT.AZ/ Futbol üzrə Meksika yığması Amerika Kubokunun qrup mərhələsinin ikinci tur matçında Yamaykanı 2:0 hesabı ilə məğlub edib.

"Report" xəbər verir ki, görüş Kaliforniya ştatının Pasadene şəhərində baş tutub.

Oyunda qolları Xavyer Ernandes (18-ci dəqiqə) və Oribe Peralta (81) vurub.

Meksikalılar "C" qrupunda iki oyuna maksimum nəticə göstəriblər və 6 xal ilə ¼ finala vəsiqəni özlərinə təmin ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi