Yuxarı

Meksika çempionatının oyunu zamanı futbolçunun qolu qırılıb - VİDEO

Meksika çempionatının oyunu zamanı futbolçunun qolu qırılıb - VİDEO
Alexandro Arribas ağır zədə alıb

Bakı. 19 mart. REPORT.AZ/ Meksika çempionatının XII turunda “Krus Asul”la oyun zamanı “Pumas” komandasının futbolçusu Alexandro Arribas ağır zədə alıb.

“Report” xəbər verir ki, matçın 11-ci dəqiqəsində rəqib oyunçu ilə mübarizə zamanı yerə yıxılan 29 yaşlı mərkəz müdafiəçisinin qolu qırılıb. Nəticədə ispaniyalı futbolçu matçı davam etdirə bilməyib.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi