Məhəmməd Salah: "Uruqvay yığması ilə oyunda iştiraka hazıram"

Məhəmməd Salah: "Uruqvay yığması ilə oyunda iştiraka hazıram" Bakı. 10 iyun. REPORT.AZ/ Misirin futbol üzrə yığmasının futbolçusu Məhəmməd Salah dünya çempionatının birinci turunda Uruqvay komandasına qarşı oyunda iştiraka hazır olduğunu bildirib.
Futbol
10 İyun , 2018 22:47
Məhəmməd Salah: Uruqvay yığması ilə oyunda iştiraka hazıram

Bakı. 10 iyun. REPORT.AZ/ Misirin futbol üzrə yığmasının futbolçusu Məhəmməd Salah dünya çempionatının birinci turunda Uruqvay komandasına qarşı oyunda iştiraka hazır olduğunu bildirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə Qroznıda açıq məşqdən sonra deyib.

"Özümü yaxşı hiss edirəm. Uruqvay komandası ilə matçda oynamağa köklənmişəm. Bilmirəm, komandamız hara qədər davam gətirəcək. Ancaq komanda yaxşı hazırlanıb və böyük ümidlərlə əla əhval-ruhiyyədədir. Biz dünya çempionatına 28 ildən sonra yüksək əhval-ruhiyyədə qayıtdıq", - deyə o bildirib.

Qeyd edək ki, futbol üzrə Misir yığması dünya çempionatının final mərhələsində 28 ildə ilk dəfə iştirak edir. Misir yığması dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə A qrupunda mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi