Məhəmməd Salah polis tərəfindən cəzalandırıla bilər

Məhəmməd Salah polis tərəfindən cəzalandırıla bilər Bakı. 14 avqust. REPORT.AZ/ İngiltərənin Liverpul klubunun futbolçusu Məhəmməd Salah cəzalandırıla bilər.
Futbol
14 Avqust , 2018 12:10
Məhəmməd Salah polis tərəfindən cəzalandırıla bilər

Bakı. 14 avqust. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah cəzalandırıla bilər. 

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, səbəb 26 yaşlı misirli yarımmüdafiəçinin avtomobil idarə edərkən mobil telefondan istifadə etməsidir.

İngiltərə polisi bildirib ki, Salahın avtomobildə telefondan istifadə etdiyi anın video görüntüsü mövcuddur. Videoda oyunçu avtomobillə hərəkət edir və onun ətrafında çoxlu sayda azarkeş, həmçinin uşaqlar da var. 

"Liverpul" nümayəndəsi də polisə video göndərilməsi barədə məlumatı təsdiqləyib. Klub nümayəndəsi bildirib ki, nə klubun, nə də futbolçunun bu hadisə ilə bağlı şərhi olacaq. 

Son xəbərlər

Orphus sistemi