Məhəmməd Salah jurnalistlərin versiyasına görə ən yaxşı futbolçu seçilib

Məhəmməd Salah jurnalistlərin versiyasına görə ən yaxşı futbolçu seçilib Bakı. 1 may. REPORT.AZ/ İngiltərənin Liverpul klubunun futbolçusu Məhəmməd Salah jurnalistlərin versiyasına əsasən, Premyer Liqanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.
Futbol
1 May , 2018 15:27
Məhəmməd Salah jurnalistlərin versiyasına görə ən yaxşı futbolçu seçilib

Bakı. 1 may. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah jurnalistlərin versiyasına əsasən, Premyer Liqanın ən yaxşı futbolçusu mükafatına layiq görülüb.

"Report"un məlumatına görə, səsvermədə İngiltərə Futbol Jurnalistləri Assosiasiyasının 400 üzvü iştirak edib.

Misirli yarımmüdafiəçi "Mançester" Siti" klubunun futbolçusu Kevin De Brüyneni qabaqlayıb. III yerə isə "Tottenhem" klubunun futbolçusu Harri Keyn layiq görülüb.

Qeyd edək ki, Məhəmməd Salah daha əvvəl İngiltərə Futbol Assosiasiyası tərəfindən mövsümün ən yaxşı futbolçusu mükafatını alıb. 

Son xəbərlər

Orphus sistemi