Məhəmməd Salah İngiltərə Premyer Liqasında ilin futbolçusu olub

Məhəmməd Salah İngiltərə Premyer Liqasında ilin futbolçusu olub Misirli futbolçu cari turnirdə 33 oyunda 31 qol vurub və 9 məhsuldar ötürmə edib
Futbol
23 Aprel , 2018 05:22
Məhəmməd Salah İngiltərə Premyer Liqasında ilin futbolçusu olub

Bakı. 23 aprel. REPORT.AZ/ "Liverpul" klubunun yarımmüdafiəçisi Məhəmməd Salah İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) versiyası üzrə Premyer Liqada cari mövsümün yekunu üzrə ən yaxşı oyunçu seçilib.

“Report” xəbər verir ki, misirli futbolçu cari turnirdə 33 oyunda 31 qol vurub və 9 məhsuldar ötürmə edib.

Fəxri mükafata Kevin De Bröyne ("Mançester Siti"), David de Xea ("Mançester Yunayted"), Harri Keyn ("Tottenhem Hotspur"), Leroy Sane ("Mançester Siti") və David Silva ("Mançester Siti") də iddia edib.

Son xəbərlər

Orphus sistemi