MDB ölkələri DÇ-2018-dən əvvəl qaydanı pozan azarkeşlərin vahid bazasını yaradacaq

MDB ölkələri DÇ-2018-dən əvvəl qaydanı pozan azarkeşlərin vahid bazasını yaradacaq Rusiya DİN rəhbəri: "Bu tədbir idman yarışlarını daha yüksək təhlükəsizlik səviyyəsində keçirməyə imkan verəcək"
Futbol
6 Sentyabr , 2016 17:26
MDB ölkələri DÇ-2018-dən əvvəl qaydanı pozan azarkeşlərin vahid bazasını yaradacaq

Bakı. 6 sentyabr. REPORT.AZ/ MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirlikləri 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatından əvvəl qaydanı pozan azarkeşlər haqqında məlumatların olduğu informasiya bazasını vahid şəkildə birləşdirəcək. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev MDB ölkələri Daxili İşlər Nazirləri Şurasının iclasının yekunları ilə bağlı jurnalistlərə açıqlamasında bildirib. 

Həmin iclasda müvafiq razılaşma imzalanıb. 

"MDB-nin hər bir dövlətində bu növ qanun pozuntularına meylli olan müəyyən sayda şəxslər haqqında informasiya var. Buna görə də biz bu məlumatların mübadiləsini aparmaq üçün imkanlarımızı birləşdirmək qərarına gəlmişik", - V.Kolokoltsev deyib. 

Onun sözlərinə görə, bu tədbir idman yarışlarını daha yüksək təhlükəsizlik səviyyəsində keçirməyə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi