Bakı. 8 oktyabr. REPORT.AZ/ "France Football" jurnalı ilin ən yaxşı gənc futbolçusu üçün nəzərdə tutulmuş "Kopa Trophy-2018" mükafatına ("Qızıl top") namizədlərin adlarını açıqlayıb.
“Report” xəbər verir ki, Fransa nəşri bu mükafatı ilk dəfə təsis edib.
Namizədlərin siyahısı belədir:
1. Müdafiəçi Trent Arnold (20 yaş) – "Liverpul", İngiltərə;
2. Yarımmüdafiəçi Ussyem Aua (20 yaş) – "Lion", Fransa gənclər yığması;
3. Hücumçu Patrik Kutrone (20 yaş) – "Milan", İtaliya;
4. Yarımmüdafiəçi Ritsu Doan (20 yaş) – "Qroningen", Yaponiya;
5. Qapıçı Canluici Donnarumma (19 let) – "Milan", İtaliya;
6. Yarımmüdafiəçi Amadu Aydara (20 yaş) – "Zaltsburq", Mali;
7. Hücumçu Castin Klüvert (19 yaş) – "Ayaks"/"Roma", Hollandiya;
8. Hücumçu Kilian Mbappe (19 yaş) – PSJ, Fransa;
9. Yarımmüdafiəçi Kristian Pulişiç (20 yaş) – "Borussiya", ABŞ;
10. Hücumçu Rodriqo Silva De Qoes (17 yaş) – "Santos", Braziliya gənclər yığması.