Mbappe PSJ-dəki debüt oyununda ilk qolunu vurub - VİDEO

Mbappe PSJ-dəki debüt oyununda ilk qolunu vurub - VİDEO Gənc futbolçu məhsuldar ötürmə ilə də yadda qalıb
Futbol
9 Sentyabr , 2017 01:08
Mbappe PSJ-dəki debüt oyununda ilk qolunu vurub - VİDEO

Bakı. 9 sentyabr. REPORT.AZ/ PSJ futbol üzrə Fransa çempionatının 5-ci tur matçında "Metts" klubu üzərində qələbə qazanıb.

"Report" xəbər verir ki, Mettsdə keçirilən görüş qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 31-ci dəqiqəsində Neymarın ötürməsindən sonra Edinson Kavani hesabı açıb. Altı dəqiqə sonra Emmanuel Rivyer oyunda tarazlıq yaradıb. İkinci hissənin əvvəlində ev sahibləri azlıqda qalıb: Benua Assu-Ekotto qırmızı vərəqə alıb. Parislilər say üstünlüyündən dərhal istifadə ediblər. Əvvəlcə Kilian Mbappe komandada debüt qolunu vurub. Daha sonra Neymar fərqlənib. Kavani isə Mbappenin ötürməsindən sonra dubl etməklə hesabı daha da böyüdüb. 87-ci dəqiqədə Lukas Moura 5-ci qolu "Metts"in qapısından keçirib.

Mbappe "Monako"dan PSJ-yə transfer pəncərəsinin son günündə 180 milyon avroya keçib.

Son xəbərlər

Orphus sistemi