"Maynts"ın baş məşqçisi: "Komandalar Avroliqada daha yaxşı formalaşır"

"Maynts"ın baş məşqçisi: "Komandalar Avroliqada daha yaxşı formalaşır" "Maynts", "Qəbələ" və "Anderlext" eyni səviyyəli komandalardır və hər üçünün qrupdan çıxmaq şansı var
Futbol
28 Sentyabr , 2016 20:51
Mayntsın baş məşqçisi: Komandalar Avroliqada daha yaxşı formalaşır

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Bura gəlişimiz çətin oldu. Bütün şəhəri gəzdik. Səbirsizliklə sabahkı oyunu gözləyirik". 

"Report"un məlumatına görə, bunu Almaniyanın "Maynts" klubunun baş məşqçisi Martin Şmidt Avropa Liqasının C qrupunda keçiriləcək "Qəbələ" - "Maynts" oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Bu oyunda məqsədiniz qələbədirmi?
- Avropa Liqasında ev oyunlarında qələbə, səfərdə daha çox xal toplamaq fəlsəfəsini davam etdirməliyik. Nəzərə alsaq ki, biz öz meydanımızda xal itirmişik. Bu səbəbdən sabahkı oyunda 3 xal üçün mübarizə aparacağıq.

- Stadionun ot örtüyü o qədər də yaxşı deyil. Bunu nəzərə almısınız?

- Açığı meydanı hələ görməmişəm. Deyə bilərəm ki, çətin olacaq. Buna baxmayaraq, oyuna hazırıq və tempi yüksək tutmağa çalışacağıq. Meydan hər iki komanda üçün eynidir.

- Rəqib təhlil etmisinizmi? Zəif və güclü tərəfləri hansılardır?

- Biz "Qəbələ"nin bir neçə oyununu izləmişik. "Anderlext", "Maribor" və çempionatdakı son iki oyunun baxmışıq. Avropa Liqası ilə ölkə çempionatı fərqlidir. Avroliqada komandalar daha yaxşı formalaşır və çıxış edir. Təhlil etdiyimiz məqamlar üzərində işləyib qələbə qazanmağa çalışacağıq.

- Qrupda ən çətin rəqib kimi görürsünüz?

- Fikrimcə, ən güclü komanda "Sent-Etyen"dir. Ona görə yox ki, biz onlarla heç-heçə etmişik. Fikrimcə, bu komanda favoritdir. "Maynts", "Qəbələ" və "Anderlext" isə demək olar ki, eyni səviyyəli komandalardır və hər üçünün qrupdan çıxmaq şansı var.

- Sabahkı oyunla bağlı heyətdə vəziyyət necədir?

- 38 nömrəli futbolçumuz bir az xəstədir. Kapitanımız komandaya qayıdıb və məşqlərə qoşulub. O yüz faiz sabahkı oyuna hazırdır. Dayaq yarımmüdafiəsində çıxış edən futbolçular da hazırdır və onlar indi heyətdədirlər.

Son xəbərlər

Orphus sistemi