Mayk Tayson malikanəsini satışa çıxarıb

Mayk Tayson malikanəsini satışa çıxarıb Sabiq dünya çempionu evinə 1,5 milyon dollar qiymət qoyub
Futbol
14 Mart , 2016 10:48
Mayk Tayson malikanəsini satışa çıxarıb

Bakı. 14 mart. REPORT.AZ/ Peşəkar boksçular arasında sabiq dünya çempionu Mayk Tayson ABŞ-ın Las-Veqas şəhərindəki malikanəsini satışa çıxarıb. "Report"un TMZ-yə istinadən verdiyi məlumata görə, Tayson 600 kvadratmetrlik evinə 1,5 milyon dollar qiymət qoyub. 

Onun özü isə qonşuluqdakı daha geniş villaya köçəcək. 49 yaşlı idmançı malikanəsində 2008-ci ildən yaşayırdı. İlin əvvəlində "Dəmir Mayk" mənzilində əsaslı təmir aparıb. İkimərtəbəli apartamentdə 5 yataq, 6 vanna otaqları, kinoteatr, bir neçə kamin, çaxır anbarı, habelə, cakuzili və şəlaləli hovuz var. 

Son xəbərlər

Orphus sistemi