Azərbaycan yığması Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək

Azərbaycan yığması Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək Bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib
Futbol
26 Mart , 2016 21:48
Azərbaycan yığması Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək

Antalya. REPORT.AZ/ Azərbaycan yığması Makedoniya ilə yoldaşlıq görüşü keçirəcək

Mayın 23-dən Avstriyada təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının daha bir rəqibi müəyyənləşib. Bu barədə "Report"un Türkiyənin Antalya bölgəsinə ezam olunmuş əməkdaşına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, böyük ehtimalla Makedoniya yığması olacaq. E.Məmmədov deyib ki, oyunun tarixi də rəsmiləşdikdən sonra üçüncü rəqibin də adına aydınlıq gələcək.

Qeyd edək ki, daha öncə Azərbaycan millisinin iyunun 3-də Kanada ilə yoldaşlıq görüşü keçirəcəyi açıqlanıb.

Son xəbərlər

Orphus sistemi