Yuxarı

APOEL-in sabiq futbolçusu: "Matçın əksər hissəsində "Qarabağ" daha yaxşı idi"

"Matçın əksər hissəsində "Qarabağ" daha yaxşı idi"

"Bu, növbəti mərhələ şanslarını saxlamaq baxımından böyük qalibiyyət oldu. Nəticə çox səy göstərdikdən sonra əldə olundu. Matçın əksər hissəsində rəqib komandamızdan daha yaxşı idi. Əlbəttə, qapıçımız bizi 2-3 dəfə qoldan xilas etdi. Georgios Efrem və Nikolas Yannunun bacarıqlarını xüsusi qeyd etməliyəm".

"Report" "Philenews" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Kiprin APOEL komandasının sabiq futbolçusu Takis Antonyu UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

66 yaşlı sabiq müdafiəçi Ağdam təmsilçisinin oyunçularının çıxışına da toxunub: "Görüşdə rəqib oyunçuların uğursuzları da oldu. Bəzi şeylər var ki, gizlətməməli və həqiqəti deməliyik. Komandamız düzgün müdafiə oluna bilmirdi. "Qarabağ" dünən göründüyü qədər möhtəşəm komanda deyil. Oyunun sonlarında APOEL daha intizamlı oynadı və dözümlü oldu".

Qeyd edək ki, 12 xalla A qrupunun lideri olan İspaniyanın “Sevilya” komandası 1/16 finala vəsiqəni erkən təmin edib. APOEL və “Qarabağ” 4 xalla növbəti iki pilləni bölüşürlər. Son sıradakı Lüksemburq “Düdelanj”ının 3 xalı var. Noyabrın 28-də “Sevilya”nın qonağı olacaq "Qarabağ" dekabrın 12-də isə “Düdelanj”ı qəbul edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi