Massimiliano Alleqri "Real"a rəhbərlikdən imtina edib

Massimiliano Alleqri "Real"a rəhbərlikdən imtina edib Bakı. 5 iyun. REPORT.AZ/ İtaliyanın Yuventus klubunun baş məşqçisi Massimiliano Alleqri Realın komandaya rəhbərliklə bağlı təklifində maraqlı deyil.
Futbol
5 İyun , 2018 07:18
Massimiliano Alleqri Reala rəhbərlikdən imtina edib

Bakı. 5 iyun. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun baş məşqçisi Massimiliano Alleqri "Real"ın komandaya rəhbərliklə bağlı təklifində maraqlı deyil.

"Report" "Cadena SER"ə istinadən xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssis Turin klubu ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Mənbənin məlumatına görə, indi "Tottenhem"in (İngiltərə) baş məşqçisi Maurisio Poçettino yenidən "Real"ın əsas hədəfinə çevrilib. Madrid klubu argentinalı mütəxəssisin diqqətini cəlb etmək niyyətindədir. Lakin Poçettinonun özü ötən mövsüm Premyer Liqada üçüncü yeri tutan London klubunda işini davam etdirmək fikrindədir.

"Kral klubu"nun fransalı baş məşqçisi Zinəddin Zidan mayın 31-də klubun baş məşqçisi postundan istefa verib.

Son xəbərlər

Orphus sistemi