Yuxarı

"Marsel" Patris Evra ilə müqaviləni ləğv edib

"Marsel" Patris Evra ilə müqaviləni ləğv edib
O, həmçinin UEFA tərəfindən 2017/18-ci illər mövsümündə avrokubok oyunlarından kənarlaşdırılıb
© Daily Mail

Bakı. 10 noyabr. REPORT.AZ/ Fransanın "Marsel" klubu müdafiəçi Patris Evra ilə müqaviləsini pozduğunu elan edib.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komanda ilə futbolçu arasında müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Buna Evranın Avropa Liqası çərçivəsində "Vitoriya Gimaraynş"la oyun öncəsi azarkeşin başına ayaqla zərbə vurması səbəb olub.

Bundan əvvəl isə UEFA Patris Evranı 2017/2018-ci illər mövsümündə avrokubok oyunlarında iştirakdan kənarlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi