"Marsel" klubunun xalları azarkeşlərə görə silinə bilər

"Marsel" klubunun xalları azarkeşlərə görə silinə bilər Bakı. 28 yanvar. REPORT.AZ/ Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi Marsel klubunu cəzalandıra bilər.
Futbol
28 Yanvar , 2019 13:39
Marsel klubunun xalları azarkeşlərə görə silinə bilər

Bakı. 28 yanvar. REPORT.AZ/ Fransa Peşəkar Futbol Liqasının İntizam Komitəsi "Marsel" klubunu cəzalandıra bilər. 

"Report" "Lequipe"ə istinadən xəbər verir ki, buna azarkeşlərin XXII turda "Lill" komandası ilə matçdakı davranışları səbəb olub. 

Qurum "Marsel"in mümkün cəzası ilə bağlı iclas keçirmək niyyətindədir. Tədbirdə matç zamanı baş verən hadisələr müzakirə olunacaq. 

Azarkeşlər sözügedən qarşılaşmada meydana pirotexniki vasitələr atıblar, görüşün birinci və ikinci hissəsində fasilələrin yaranmasına səbəb olublar. 

İntizam Komitəsi klubu cəzalandırmaq üçün bəzi variantları nəzərdən keçirir. Komanda bir neçə qarşılaşmanı boş tribunalar önündə oynamaqla yanaşı, müəyyən sayda xaldan məhrum ola bilər.

Qeyd edək ki, qarşılaşma "Marsel"in 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda çempionatda 31 xalla 8-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi