"Marsel" fanatları Patris Evranı klubu tərk etməyə çağırıblar

"Marsel" fanatları Patris Evranı klubu tərk etməyə çağırıblar "Sən özünü klubdan üstün tutdun. Biz səni burada görmək istəmirik"
Futbol
6 Noyabr , 2017 02:59
Marsel fanatları Patris Evranı klubu tərk etməyə çağırıblar

Bakı. 6 noyabr. REPORT.AZ/ Fransanın "Marsel" klubunun azarkeşləri ölkə çempionatının 12-ci turunda "Kann"a qarşı keçirilən oyun zamanı müdafiəçi Patris Evraya bannerlə müraciət ünvanlayıblar.

“Report” xəbər verir ki, bu barədə "Coral" öz rəsmi "Twitter" səhifəsində məlumat yayıb.

"Sən özünü klubdan üstün tutdun. Biz səni burada görmək istəmirik", — deyə bannerdə yazılıb.

Bundan əvvəl Fransanın baş məşqçisi Raymon Domenek Evranın davranışını özünəqəsd adlandırıb.

Noyabrın 3-də Evra onu təhqir etdiyinə görə azarkeşlərdən birinin başına ayaqla zərbə vurub və Avropa Liqasında "Vitoriya Gimaraynş" ilə oyunöncəsi hakim tərəfindən qırmızı vərəqə alaraq meydandan qovuulub.

Son xəbərlər

Orphus sistemi