Marko van Basten FİFA-nın texniki inkişaf şöbəsinin rəhbəri təyin olunub

Marko van Basten FİFA-nın texniki inkişaf şöbəsinin rəhbəri təyin olunub O, səlahiyyətlərinin icrasına gələn həftədən başlayacaq
Futbol
23 Sentyabr , 2016 19:41
Marko van Basten FİFA-nın texniki inkişaf şöbəsinin rəhbəri təyin olunub

Bakı. 23 sentyabr. REPORT.AZ/ Məşhur Hollandiyalı futbolçu və məşqçi Marko van Basten FİFA-nın texniki inkişaf şöbəsinin rəhbəri təyin edilib.

"Rеport"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib.

Avqustun sonlarında Marko van Basten bildirmisdi ki, FİFA-da işləmək üçün Hollandiya yığma komandasının baş məşqçisi Danni Blindin köməkçisi vəzifəsindən gedəcək.

Marko van Basten indi FİFA-nın mənzil-qərargahında olub və səlahiyyətlərinin icrasına gələn həftədən başlayacaq.  

Son xəbərlər

Orphus sistemi