Marko Röys "Borussiya" ilə müqaviləni uzadıb

Marko Röys "Borussiya" ilə müqaviləni uzadıb Almaniya yığmasının futbolçusu Dortmund komandasında 2019-cu ilin iyununadək qalacaq
Futbol
10 Fevral , 2015 19:01
Marko Röys Borussiya ilə müqaviləni uzadıb

Bakı. 10 fevral. REPORT.AZ/ Almaniya milli komandasının futbolçusu Marko Röys Dortmundun "Borussiya" klubu ilə yeni müqavilə bağlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 26 yaşlı yarımmüdafiəçi ilə anlaşma 2019-cu il iyunun 30-dək uzadılıb. 

Yeni sövdələşmədə kompensasiya məbləği barədə bənd yoxdur. Bu səbəbdən Röysü istəyən bütün klublar "Borussiya" rəhbərliyi ilə birbaşa danışıqlara getməli olacaqlar. 

Qeyd edək ki, bu mövsüm Marko Röys 10 oyuna 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi