Mario Götze zədə üzündən karyerasını bitirə bilər

Mario Götze zədə üzündən karyerasını bitirə bilər 24 yaşlı alman futbolçuda miopatiya xəstəliyi aşkar olunub
Futbol
2 Mart , 2017 23:35
Mario Götze zədə üzündən karyerasını bitirə bilər

Bakı. 2 mart. REPORT.AZ/ Dortmundun "Borussiya" klubunun alman yarımmüdafiəçisi Mario Götze idman karyerasını bitirə bilər.

"Report" xəbər verir ki, həkimlər 24 yaşlı futbolçuda miopatiya xəstəliyi aşkar ediblər.

Miopatiya - əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur. Bu xəstəlik maddələr mübadiləsinin pozulması ilə əlaqədardır.

Götze uzun müddət müalicə kursu keçəcək. Onun təqribi olaraq nə zaman bərpa olacağı məlum deyil. Xavbekin futbol karyerasını bitirə biləcəyi tam mümkündür.

Mario peşəkar karyerası ərzində "Borussiya" və "Bavariya"da çıxış edib və bu komandalarla çoxsaylı ölkədaxili titullara yiyələnib. 2014-cü ildə "Qızıl oğlan"ın qolu Almaniyaya Dünya çempionatının finalında Argentina üzərində qələbə qazandırıb.

Son xəbərlər

Orphus sistemi