Mario Balotelli DÇ-2014-dən sonra ilk dəfə İtaliya milli komandasına dəvət alıb

Mario Balotelli DÇ-2014-dən sonra ilk dəfə İtaliya milli komandasına dəvət alıb O, baş məşqçi tərəfindən Xorvatiya yığması ilə AVRO-2016-nın noyabrın 16-da keçiriləcək seçmə qrup matçına çağırılıb
Futbol
10 Noyabr , 2014 10:29
Mario Balotelli DÇ-2014-dən sonra ilk dəfə İtaliya milli komandasına dəvət alıb

Bakı. 10 noyabr. REPORT.AZ/ İngiltərənin "Liverpul" klubunun futbolçusu Mario Balotelli 2014-cü il dünya çempionatından (DÇ) sonra ilk dəfə İtaliya milli komandasına dəvət alıb. "Report"un məlumatına görə, Balotelli baş məşqçi Antonio Konte tərəfindən Xorvatiya yığması ilə AVRO-2016-nın noyabrın 16-da keçiriləcək seçmə qrup matçına çağırılıb.

Ümumilikdə 26 futbolçudan ibarət siyahıya ilk dəfə Emiliano Moretti, Andrea Bertolaççi və Roberto Soriano da daxil edilib.

İtaliya millisinin heyəti:

Qapıçılar: Canluici Buffon ("Yuventus"), Mattia Perin ("Cenoa"), Salvatore Siriqu (PSJ, Fransa)

Müdafiəçilər: Corco Kyellini ("Yuventus"), Emiliano Moretti ("Torino"), Angelo Oqbonna ("Yuventus"), Andrea Ranokkia ("İnter"), Daniele Ruqani ("Empoli").

Yarımmüdafiəçilər: Andrea Bertolaççi ("Cenoa"), Cakomo Bonaventura ("Milan"), Antonio Kandreva ("Latsio), Alessio Çerçi ("Atletiko", İspaniya), Matteo Darmyan ("Torino"), Daniele De Rossi ("Roma"), Mattia De Şilyo ("Milan"), Stefan El Şaravi ("Milan"), Klaudio Markizio ("Yuventus"), Marko Parolo ("Latsio"), Manuel Paskual ("Fiorentina"), Roberto Soriano ("Sampdoriya"), Marko Verratti (PSJ)

Hücumçular: Mario Balotelli ("Liverpul"), Sebastian Covinko ("Yuventus"), Çiro İmmobile ("Borussiya" Dortmund, Almaniya), Qratsiano Pelle ("Sautgempton", İngiltərə), Simone Zaza ("Sassuolo").

Qeyd edək ki, İtaliya millisi AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alıb. Bu komandalar arasında oktyabrın 10-da Palermoda keçirilmiş qarşılaşmada meydan sahibləri qalib gəlib - 2:1. Bakıdakı görüş 2015-ci il oktyabrın 10-da olacaq. 

Son xəbərlər

Orphus sistemi