KİV: Mario Balotelli Azərbaycana qarşı oynaya bilər

KİV: Mario Balotelli Azərbaycana qarşı oynaya bilər Konte bu məqsədlə "Cenoa"-"Milan" oyununu izləmək niyyətindədir
Futbol
27 Sentyabr , 2015 18:58
KİV: Mario Balotelli Azərbaycana qarşı oynaya bilər

Bakı. 27 sentyabr. REPORT.AZ/ Futbol üzrə İtaliya yığma komandasının baş məşqçisi Antonio Konte "A" Seriyasının "Cenoa" - "Milan" qarşılaşmasını izləmək niyyətindədir.

"Report"un məlumatına görə, İtaliya mətbuatı ehtimal edir ki, "mavi eskadra"nın məşqçisi milli komandanın heyətinə cəlb etmək məqsədi ilə milanlıların hücumçusu Mario Balotellini "xatırlamağ"a hazırdır.

Xatırladaq ki, icarə əsasında Milana qayıdan "Super Mario" "Udineze" ilə oyunda qol vurmağa macal tapıb, "Milan" isə 3:2 hesabı ilə qalib gəlib.

Balotelli bu oyunda xəbərdarlıq almasına baxmayaraq, kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətə layiq görülüb.

Məlumdur ki, Konte Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan, noyabrın 13-də isə Norveçlə keçiriləcək oyunlarda yığmaya namizədlərin siyahısı barədə düşünür.

Son xəbərlər

Orphus sistemi