Yuxarı

Maradona qızlarını məhkəməyə verəcək

Maradona qızlarını məhkəməyə verəcək
56 yaşlı argentinalı vəkillərinə iddia ərizəsi üçün sənədləri hazırlamağı tapşırıb

Bakı. 7 oktyabr. REPORT.AZ/ Argentinalı keçmiş futbolçu Dieqo Maradona qızları Calma və Canninanı məhkəməyə verəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, "The Sun" qəzetinin yazdığına görə, qızlar atasının icazəsi olmadan onun hesabından Uruqvaydakı banka 1,45 milyon funt sterlinq vəsait köçürüb.

Nəşrdə qeyd olunub ki, 56 yaşlı argentinalı artıq vəkillərinə iddia ərizəsi üçün sənədləri hazırlamağı tapşırıb. Məlumata görə, bu işdə Maradonanın keçmiş həyat yoldaşı Klaudiya Vilyafanenin də əli ola bilər.

Xatırladaq ki, sonuncunu Maradona 2015-ci ildə məhkəməyə verib və sabiq xanımının 9 milyon dollarının mənimsədiyini iddia edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi