Maradona Meksika klubunda 1,7 milyon avro qazanacaq - FOTO

Maradona Meksika klubunda 1,7 milyon avro qazanacaq - FOTO Bakı. 14 sentyabr. REPORT.AZ/ Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Meksikanın Dorados de Sinaloa məşqçisi vəzifəsində qazancı məlum olub.
Futbol
14 Sentyabr , 2018 00:44
Maradona Meksika klubunda 1,7 milyon avro qazanacaq - FOTO

Bakı. 14 sentyabr. REPORT.AZ/ Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona Meksikanın "Dorados de Sinaloa" məşqçisi vəzifəsində qazancı məlum olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Maradona 1,7 milyon avro qazanacaq.

O, bu qazancı 11 ay ərzində əldə edəcək. Əgər klub Meksikanın birinci divizionuna çıxsa, 57 yaşlı mütəxəssislə müqavilənin müddəti artırılacaq.

Qeyd edək ki, Dieqo Maradona bir neçə gün əvvəl Meksikanın "Dorados de Sinaloa" klubunun baş məşqçisi təyin edilib. Klub ikinci divizionda çıxış edir. Cari birincilikdə komanda altı oyundan sonra 13-cü yeri tutur.

Maradonanın məşqçi kimi axırıncı iş yeri BƏƏ-nin "Əl-Fuceyrə" klubu olub.  

Son xəbərlər

Orphus sistemi