Maradona koronavirus şübhəsi ilə komandadan kənarlaşdırıldı

Maradona koronavirus şübhəsi ilə komandadan kənarlaşdırıldı Argentina təmsilçisi Ximnasiya və Esqrimanın baş məşqçisi Dieqo Maradona komandadan təcrid olunub.
Futbol
14 Mart , 2020 16:49
Maradona koronavirus şübhəsi ilə komandadan kənarlaşdırıldı

Argentina təmsilçisi "Ximnasiya və Esqrima"nın baş məşqçisi Dieqo Maradona komandadan təcrid olunub.

"Report" "Footmercato" nəşrinə istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis koronavirus şübhəsi ilə kollektivdən kənarlaşdırılıb.

Klubunun tibbi heyətinin rəhbəri Flavio Tunessi tədbir məqsədi ilə bu addımı atdıqlarını bildirib: "Maradona komandadan təcrid olunub və risk altında olduğu üçün birinci mərtəbədəki otaqdadır".

Qeyd edək ki, Dieqo Maradona 2019-cu ilin sentyabrında "Ximnasiya və Esqrima"ya baş məşqçi təyin olunub. O, 1986-cı ildə Argentina yığmasının heyətində dünya çempionu olub və XX əsrin ən yaxşı futbolçularındandır. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 149 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 146 437-yə çatıb. Bunların 72 572 nəfəri sağalıb, 5 445 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Son xəbərlər

Orphus sistemi