Maradona: "Mən arvadını döyənlərdən deyiləm, lakin sevgilimin başını qopartmaq istəyirdim"

Maradona: "Mən arvadını döyənlərdən deyiləm, lakin sevgilimin başını qopartmaq istəyirdim" Bakı. 19 yanvar. REPORT.AZ/ Futbol üzrə Argentina millisinin hazırda Meksikanın Doradosa klubunu çalışdıran sabiq hücumçusu Dieqo Maradona 28 yaşlı sevgilisi Rosio Oliva ilə ayrılıb və jurnalistlərlə söhbət zamanı bunu açıqlamamaq barədə əldə etdikləri razılaşmanın şərtlərini pozduğuna görə qadını məhkəməyə verib. Dieqo həmçinin qadını və onun ailəsini daha əvvəl hədiyyə etdiyi mənzildən də çıxartmaq niyyətindədir.
Futbol
19 Yanvar , 2019 04:47
Maradona: Mən arvadını döyənlərdən deyiləm, lakin sevgilimin başını qopartmaq istəyirdim

Bakı. 19 yanvar. REPORT.AZ/ Futbol üzrə Argentina millisinin hazırda Meksikanın "Doradosa" klubunu çalışdıran sabiq hücumçusu Dieqo Maradona 28 yaşlı sevgilisi Rosio Oliva ilə ayrılıb və jurnalistlərlə söhbət zamanı bunu açıqlamamaq barədə əldə etdikləri razılaşmanın şərtlərini pozduğuna görə qadını məhkəməyə verib. Dieqo həmçinin qadını və onun ailəsini daha əvvəl hədiyyə etdiyi mənzildən də çıxartmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "La Red" televiziya verilişinə istinadən "The Sun" nəşri yazıb.

"Mən arvadını döyən kişilərdən deyiləm, lakin Rosionun başını qopartmaq istəyirdim. O öz məzuniyyətini mənim pullarımla keçirir. Düzünü desəm, mən axmaq olmuşam. Lakin indi o mənim həyatımda yoxdur. O özünü çox pis aparıb? Bununla vəkil məşğul olacaq.

Onun ailəsinə hədiyyə etdiyim ev, mənə məxsusdur. Onu özümdə saxlamaq istəyirəm. Mən Şaxta Baba deyiləm ki, düşüm küçələrə və insanlardan nə istədiklərini soruşum. Mən də digərləri kimi işləyirəm", - deyə 58 yaşlı futbolçu "La Red" verilişinin efirində bildirib.

Bundan əvvəl Maradona əməliyyat olunmaq üçün xəstəxanaya yerləşdirilmişdi.

Son xəbərlər

Orphus sistemi